İdeya Bankı

Öz RİTMini tap

RİTM proqramına qoşul və turizm sahəsi üzrə biznesini bizimlə qur! Əgər ideya tapmaq və ya ilhamlanmaq istəyirsənsə, İdeya bankı sənə yol göstərəcək. Turoperatorlar və turizm şirkətləri arasında apardığımız araşdırmaların nəticələrini, yəni hazırda boşluq hiss olunan məhsul və xidmətləri İdeya bankında toplamışıq. Bu araşdırma yeni ideyaların yaranması, yaxud mövcud layihənin təkmilləşdirilməsində sənə yadrım edəcək. İdeya axtarışı prosesini dah da asanlaşdırmaq məqsədilə araşdərmanı bölgələrə və kateqoriyalara ayırdıq və klaster həştəqləri əlavə etdik ki, işin daha rahat olsun! Hər kəsə uğurlar və bol ideyalar!


Unikal və qiymətli ideya axtarışında olanlar üçün tövsiyə

Bölgələrimizin hər birində ziyarətçilər üçün bənzərsiz təcrübələr təklif edən fərqli təbii, mədəni, tarixi və texnogen qaynaqlar var. Bu məhsul qarışıqları, hər bir bölgəni ziyarətçilərə fərqli şəkildə təqdim və təbliğ etməyimizə kömək edir.İdeya bankından ilhamlan, yaxud regional turizm biznesi üçün öz həll yolunu düşün və bizə göndər. Mütəxəssislər qrupu seçdiyimiz bölgələrin hər birində ən maraqlı və reallaşdırma potensialına malik fikirləri qiymətləndirəcək və seçilən ideya inkubasiya mərhələsinə keçəcək.

RİTM-ə qoşulmaq üçün ideya

Seçdiyin bölgəyə daha çox hansı ölkələrdən olan turistlər gəlirlər? Onları nə maraqlandırır? Bizim təklif və tövsiyələrimiz nədən ibarətdir? Bu və digər suallara cavabları öyrənmək üçün aşağıda müvafiq bölgəni seç