Qəbul formu

RİTM-ə qoşul!

Hörmətli namizəd,
Sadəcə bir anketi doldurmaqla turizmdə yeni biznes qurmaq xəyalınızı reallaşdıra bilərsiniz! Seçilmə şansınızı artırmaq üçün qeydiyyat formasında lazım olan bütün məlumatları düzgün doldurduğunuzdan əmin olun. Bundan başqa, RİTM İdeya Biznes Planınızı düzgün şəkildə doldurmağı və yükləməyi unutmayın – əks halda, müraciətə baxılmayacaq.

Bir yox, bir neçə ideyanız var? Problem deyil! Bir neçə dəfə müraciət edə bilərsiniz, ancaq hər müraciətdə yalnız bir ideya təqdim oluna bilər. Unutmayın ki, bir komandadan yalnız bir layihə seçiləcək.

TÖVSİYƏ! “Təsdiqlə” düyməsini basmamışdan öncə ideyanızın bölgənizdəki hər hansı boşluğu doldurduğundan əmin olmaq üçün İdeya bankı səhifəsinə nəzər salın. Əgər bankda ideyanıza uyğun boşluq yoxdursa, narahat olmayın – müraciətinizə baxılacaq, amma yalnız biznes konsepsiyanızın güclü potensiala sahib olması müəyyən edilsə, seçiləcək.

Müraciətiniz RİTM İnkubasiya Proqramına daxil olmaq üçün seçilsə, sizinlə əlaqə qurulacaq və növbəti addımlar barədə məlumat veriləcək. Buna görə də əlaqə məlumatlarının dəqiq olması vacibdir.

Zəhmət olmasa, müraciətinizi göndərməmişdən əvvəl proqramın şərtlərini diqqətlə oxuyun.

Hələ də sualınız qalıbsa, ilk növbədə, sual-cavab (FAQ) səhifəsinə göz gəzdirin. Orada sualınıza cavab tapa bilməsəniz, [email protected] ünvanına məktub göndərin. DMT və TİM ilə də əlaqə saxlaya bilərsiniz.

Ulduz ( * ) işarəli olan məlumatlar mütləq doldurulmalıdır.

Öz ideyanızı təqdim etmək üçün son tarix: 1 İyun 2022-ci il.

Regional qeydiyyat məntəqələri

RİTM müraciət formasını doldurmaq və ya yükləməkdə çətinlik çəkirsiniz? Ən yaxın DMT və ya TİM ofisimizi ziyarət edin və orada sizə yardım edəcəklər.

Gəncə DMT

Bölgə: Qərb
Təmsil olunan rayon və şəhərlər: Gəncə, Şəmkir, Tovuz, Gədəbəy, Göygöl, Daşkəsən, Naftalan, Mingəçevir 

Ünvan: Gəncə şəhəri, Heydər Əliyev meydanı, İcra hakimiyyətinin binası, 3-cü mərtəbə, AZ 2000
Əlaqə: +99422 266 2383; +99451 206 8128
[email protected]

Quba DMT

Bölgə: Şimal şərq
Təmsil olunan rayon və şəhərlər: Quba, Qusar

Ünvan: Heydər Əliyev Mərkəzi, 4-cü mərtəbə, Heydər Əliyev prospekti, AZ4000
Əlaqə: +99470 6644 6465
[email protected]

Lənkəran DMT

Bölgə: Cənub
Təmsil olunan rayon və şəhərlər: Lənkəran, Astara, Lerik, Masallı

Ünvan: Lənkəran şəhəri, Qala xiyabanı 11
Əlaqə: +99425 255 4843
[email protected]

Şəki DMT

Bölgə: Şimal Qərb
Təmsil olunan rayon və şəhərlər: Şəki, Qax, Balakən, Zaqatala

Ünvan: Şəki qala divarları kompleksi, Sənətkarlar evi, 2-ci mərtəbə
Əlaqə: +99424 244 6095
[email protected]