


Regional İnnovativ Turizm Məhsulu 2022
Turizm startapına bizimlə başla!
Regional İnnovativ Turizm Məhsulu
Biznesin RİTMini tut
Regional İnnovativ Turizm Məhsulu
Turizmə startapınla yenilik gətir
BMTİP və Dövlət Turizm Agentliyi sosial cəhətdən həssas qruplara (qadınlar, gənclər, əlilliyi olan şəxslər) diqqət yetirməklə yerli icmalar üçün biznes startaplara dəstək proqramını həyata keçirir.
Turizm daim dəyişir və dayanmadan inkişaf edir. Turizmin ritmini tuta bilsən, qarşında sonsuz fürsətlər və imkanlarla dolu bir dünya açılacaq. Əgər özünü bu sahədə görürsənsə, turistləri cəlb edəcək və onların ölkəmizdə səyahətlərini rahatlaşdıracaq ideyaların varsa və bütün bunları necə həyata keçirəcəyini bilmirsənsə, “RİTM” startap proqramına baş vur. “RİTM”ə qoşularaq, lazımi bilikləri əldə edib, öz biznesini qura və ilk investisiyanı cəlb edə bilərsən. “RİTM”ə düşmək istəyirsənsə, təxəyyülünü işə sal və startapını qurmaq üçün ilk addımını bizimlə at!
Regional turizm sahibkarlıq proqramı olan “RİTM” regionlarda turizm və qonaqpərvərlik sənayelərinin davamlı və dayanıqlı inkişafını təmin etmək, eyni zamanda adıçəkilən sahələrin yerli sakinlər üçün məşğulluq imkanları yaratması məqsədilə həyata keçirilir.
Qeyd edək ki, “RİTM” proqramı turizm sahəsi üzrə startaplara dəstək olaraq, yerlərdə planlaşdırılmış, turistyönümlü və yüksək xidmət səviyyəsi təklif edən yeni sahibkarlıq subyektlərinin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.
RİTM-ə qoşulmaqla artıq sən də qazanmısan! Finalda 20 layihə seçilərək öz biznesini inkişaf etdirmək üçün 17 000 manat məbləğində texniki dəstək və avadanlıqla təmin olunma şansı qazanacaq.
*Startap layihəsinin icrası üçün gərəkli olan ehtiyaclardan asılı olaraq 17 000 manat məbləğinə qədər dəstək imkanı
Regionlarda turizmə investisiya yatırılmasına marağın artırılması və post-pandemiya dövründə regionların inkişafı üzrə görülən işlərdə hökümətə dəstək RİTM-in əsas məqsədidir. RİTM-in hədəflərinə daxildir:
Turizm sahibkarları və turizm məhsullarının sayının artırılması
Turizm sahəsi üzrə KOB-un inkişafı üçün regional bazanın yaradılması
İnnovativ, kiçik turizm məhsulları üzrə bizneslər yaratmaq, həmçinin maliyyələşdirmək üçün investor və İT mühəndislərini cəlb etmək
RİTM proqramı 4 prioritet bölgədə keçirilir.
Turizm dəhlizinə aid olan şəhərlərin siyahısı isə burada verilib
Əgər ideyanız siyahıdakı turizm dəhlizlərindən ən azı birinə aiddirsə, amma siz prioritet bölgələrdən kənarda yaşayırsınızsa, RİTM-ə qoşula bilərsiniz.
Turizm geniş və çoxşaxəli sahədir. Əgər sənin ideyan aşağıda göstərdiyimiz bəndlərdən birinə uyğun gəlirsə, deməli, RİTM-ə qoşula bilərsən:
Aqro və eko turlar, ölkə üzrə turlar və s.
turizm sənət məhsullarının istehsalı, suvenirlərin satışı üçün tətbiqlər, köşklər və s.
nəqliyyat, tullantıların idarə olunması və s.
problemlərin müasir texnologiyaya əsaslananan həlləri və s.
kafe və restoranlar üçün tətbiqlər və s.
yerləşdirmə müəssisələri üzrə xidmətlər, sağlamlıq turizmi və s.
kempinq, qlempinq, haykinq, ekstrim idman növləri təcrübələri və s.
könüllülər üçün tətbiq və s.
İlhamlanmaq üçün İdeya bankına da baş çəkə bilərsən.
Hər iki addımı geridə qoyduq. RİTM-ə qoşulmağın tam zamanıdır! Qarşıda maraqlı və yeniliklərlə zəngin RİTM yolu səni gözləyir.
İdeya Bankı
RİTM yolu aşağıdakı əsas komponentlərdən ibarətdir:
Potensial iştirakçılar RİTM veb-saytı üzərindən qeydiyyatdan keçəndən sonra müraciətlərin bütün şərtlərə uyğun olduğu yoxlanılacaq. Bütün şərtlərə cavab verən layihələr turizm və sahibkarlıq ekspertlərinin qiymətləndirməsinə göndəriləcək.
Ekspertlər bütün layihələri aşağıda olan meyarlara əsasən qiymətləndirəcəklər: • Biznes ideyası • Turizm sənayesinə təsir və miqyaslandırma • Biznes modeli • Layihənin qabiliyyəti və davamlılığı • Reallaşdırma potensialı • Verilən texniki dəstək çərçivəsində biznesin ilkin mərhəlləsini qurmaq potensialı Ən yüksək bal toplayan ideyalar inkubasiya mərhələsi üçün seçiləcək.
Ölkə üzrə seçilən 50 komanda (və ya iştirakçı) öz layihəsini daha da təkmilləşdirmək üçün turizm, biznes və marketinq sahələri üzrə təlim kursları və seminarlarda iştirak edəcək, peşəkar mentorların dəstəyindən yararlana biləcək. İnkubasiyanın sonunda iştirakçılar “Biznes-konsept” bukletləri hazırlayıb peşəkər münsiflər heyətinə təqdim edəcəklər.
Münsiflər inkubasiya proqramını uğurla bitirən ən güclü 20 (iyirmi) layihəni seçəcək və onlar öz biznesini inkişaf etdirmək üçün 17 000 manat məbləğində texniki dəstək mükafatı qazanacaq.