


Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə həyata keçirilən Regional İnnovativ Turizm Məhsulu Startap Proqramı (RİTM) regionlarda yeni turizm bizneslərinin və təcrübələrinin yaradılmasını dəstəkləmək üçün nəzərdə tutulmuşdur və bir neçə mərhələdən ibarətdir: müraciətlərin siyahiya alınması, qiymətləndirmə, təlimlər və mentorluq dəstəyinin yer aldığı inkubasiya mərhələsinə seçim, yarımfinal və milli finala seçim.
Proqramın birinci ilində turizmin ən mühüm istiqamətləri müəyyən edilib. Layihəyə 4 regiondan 8 müxtəlif klaster üzrə “ritm.tourismboard.az” veb-saytı vasitəsilə onlayn formatda 270-dən çox müraciət təqdim edilib və 140-dan çox müraciət ekspertlər heyəti tərəfindən ilkin seçim mərhələsi üçün uyğun görülüb.
Ekspertlər müraciətləri qeyd olunan müvafiq meyarlara əsasən qiymətləndiriblər: biznes ideyası, biznes planı, biznesin davamlılığı, biznesin turizm sənayesinə təsiri, eləcə də sosial və texnoloji təsir imkanları.
Münsiflər heyətinə inkubasiya mərhələsi üçün 50-ə yaxın layihə təqdim olunub və 28 layihə ideyası inkubasiya mərhələsinə seçilib. Bu mərhələnin iştirkaçıları Quba, Şəki, Gəncə və Lənkəran şəhərlərində keçirilən hibrid və ya onlayn tipli təlimlərə cəlb edilmişdir. Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) icra etdiyi “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramı çərçivəsində təlimçi və mentorlar üçün həyata keçirilən təlimdən sonra 11 nəfər peşəkar təlimçi və mentor sertifikatlaşdırılıb. İştirakçılar turizm, sahibkarlıq, səmərəli startap metodları, maliyyə və marketinq modulları üzrə əhatəli və ən müasir təlim materialları ilə təmin edilib. Bütün təlimlər DTA və ATB nümayəndələri, yerli destinasiya menecment təşkilatlarının (DMT) nümayəndələri və KOBİA-nın iştirakı ilə keçirilib.
Artıq inkubasiya mərhələsi yekunlaşıb və seçilən komandalar mentorların köməyi ilə öz “Biznes konsepsiyası bukletləri”ni hazırlayaraq təqdim edib və buna əsasən qiymətləndiriliblər. Ölkə üzrə 10 layihə finala seçilib və finalda komandalar öz startap ideyalarını münsiflər heyətinə təqdim ediblər. Finalda ilk 3 yerin sahibinə bizneslərinin inkişafı məqsədilə müvafiq olaraq 10 000 AZN, 5 000 AZN və 2 500 AZN məbləğində mükafat təqdim olunub. Layihədə 3-cü yerə “Səyyar sənətkar emalatxanası”, 2-ci yerə “Pəncərə”, 1-ci yerə isə “VOİD” startapının müəllifi layiq görülüb.
“Regional İnnovativ Turizm Məhsulu” (RİTM) sahibkarlıq proqramı yeni turizm bizneslərində startapları təşviq etməklə regional turizm sənayesinin canlandırılmasına kömək etmək məqsədi daşıyır. Hər il davam edən fəaliyyətə çevriləcək proqram RİTM Rəqəmsal və RİTM Biznes kimi bir neçə alt brendi birləşdirən “çətir platforması” kimi fəaliyyət göstərməyi hədəfləyir. O, mövcud mikro və kiçik biznesləri, innovativ turizm ideyalarını və yeni və mövcud startapları dəstəkləyir.
Proqram daha çox turizm fəaliyyətləri, rəqabətqabiliyyətli turizm destinasiyaları və təcrübələri formalaşdırmaq üçün regional istiqamətləri icra edəcək və sənaye təlabatlı sahədə boşluqları dolduracaq.
Proqramın davamlılığı bir neçə məqama əsaslanır:
• Bazar ehtiyacları haqqında dərin araşdırma
• Turizm sənayesi ilə davamlı iş
• Xüsusi təlim və mentorluq proqramının hazırlanması və həyata keçirilməsi
• Beynəlxalq və yerli turizm və biznes ekspertlərinin cəlb edilməsi
• Kiçik şəhər və kəndlərə dəstək
• İştirakçılara maddi və texniki dəstək
RİTM 2021 proqramında nail olundu: