FAQ

Tez-tez verilən suallar

FAQ

Bəli, ancaq bütün nəqliyyat və digər xərcləri (yaşayış, qidalanma və s.) özünüz ödəməlisiniz.

Müraciətinizə baxılması üçün ərizə forması və formaya əlavə olunmuş “RİTM İdeya Planı” sənədinin detallı və tam şəkildə doldurulması mütləqdir. Başqa sənədlərin və ya layihə təqdimatının əlavə edilməsi arzuolunandır, lakin şərt deyil.

Bütün fikirlər turizmyönümlü olmalıdır. Bal hesablanması ətraflı şəkildə aşağıda göstərilib:

  • Biznes ideyası – 30%. Layihənin ideyasının nə qədər real olması, hazırda turizmdə olan problem(lər)i həll etməsi və ya yeni turizm məhsulu olması qiymətləndiriləcək.
  • Turizm sənayesinə təsir və miqyaslandırma – 20%. “Killer Apps”, başqa sözlə turizm sənayesindəki proseslərdə və ya hər hansı konkret işdə köklü dəyişikliklər yarada biləcək məhsullara xüsusi diqqət yetiriləcək.
  • Biznes modeli – 20%. Bal aşağıdakı meyarlar əsasında təyin olunacaq:

           - Müəyyən edilmiş, həqiqi və bazarda sübut edilmiş, şirkət üçün gəlir gətirə biləcək iş modelinə sahib olan layihələr;
           - Öncədən təsdiqlənmiş və ya sınaqdan keçirilmiş iş modelinə malik layihələr;
           - Tərəfdaşlığa hazır olan layihələr.

  • Layihənin səmərəliliyi və davamlılığı – 10%
  • Komanda – 10%. Komandanın bacarığı və balanslaşdırılmış fəaliyyəti, layihədə iştirakı və qoyulan tapşırıqlara yanaşması qiymətləndiriləcək.
  • Sosial təsir və ya texnoloji komponent (istiqamətdən asılı olaraq) – 10%

Bəli, bazar araşdırmasına əsaslanan və iqtisadi cəhətdən səmərəli fikirdirsə, təqdim edə bilərsiniz.

Xeyr, doğum tarixiniz 1 yanvar 2005-cü ilə qədər olmalıdır.

Xeyr. RİTM-də yalnız Azərbaycan Respublikasının vətəndaşları və daimi sakinləri iştirak edə bilərlər.

Sizə ən yaxın Destinasiya Menecmenti Təşkilatı və ya Turizm İnformasiya Mərkəzinə müraciət edə bilərsiniz.

RİTM startap layihəsində komanda şəklində iştirak şərt deyil, lakin Rəqəmsal RİTM layihəsində komanda olması mütləqdir.

Xeyr, anonim iştirak mümkün deyil. Fotoqrafların və yerli medianın da qatılacağı ictimai tədbirlərdə iştirak edəcəksiniz.

Şəxsi məlumatlarınız yalnız bizim məlumat bazamızda yerləşdiriləcək və üçüncü tərəflə paylaşılmayacaq. İştirakçıların layihələrinin detalları və tərkibi barədə məlumatları RİTM proqramının təşkilati heyəti, eləcə də DTA və ATB tərəfindən digər şəxs və qurumlara ötürülməyəcək. İştirakçıların RİTM proqramı çərçivəsində keçirilmiş hər hansı tədbirdə ideyalarının konfidensial hissələrini digər şəxs və qurumlarla bölüşməsi nəticəsində məlumatların sızmasına və yayılmasına görə RİTM proqramının təşkilati heyəti, eləcə də DTA və ATB məsuliyyət daşımır.

Bəli, edə bilərsiniz, lakin hər bir layihə üçün ayrı müraciət forması təqdim olunmalıdır.

Müraciət qəbul edildiyi təqdirdə, RİTM əməkdaşları sizinlə elektron poçt və ya telefonla əlaqə saxlayacaqlar.

Xeyr, bu halda növbəti ili gözləyib, RİTM proqramına qoşula bilərsiniz.

Bu halda sizə ən yaxın Destinasiya Menecmenti Təşkilatı və ya Turizm İnformasiya Mərkəzinə müraciət edə bilərsiniz.