RİTM proqramı inkubasiya mərhələsinə doğru

Bu il ilk dəfə təşkil olunan RİTM turizm startap proqramı artıq uzun yolun yarısını geridə qoymuşdur. Proqramda iştirak etmək üçün müraciət edən namizədlər tərəfindən 270-dən çox ideya daxil olmuş, onlardan 140 ideya ekspertlərimiz tərəfindən qiymətləndirilmişdir. İnkubasiya mərhələsinə adlamış iştirakçılar və layihələrin siyahısını təqdim edirik:

 

Şimal bölgəsi

Şaiq Allahyarov – “Camping Griz”

Dəyanət Vəkiloğlu – “Tourist shop”

İlkin Kərimov – “KİK” biogarden aqroturizm müəssisəsi

Fərhad Aşurbəyli – "Kənd mətbəxi"

Kainat Qurbanova – “Sərinləşdirici içkilər”

 

Şimal-qərb bölgəsi

Ruslan Məmmədov – “Made in Zagatala” market

Samir Zamanov – “Alternativ turizm”

Adil Rzayev – “Event-tour”

Hasil Əliyev – “Void” musiqi festivalı

Elxan Kərimov – “Səyyar sənətkar emalatxanası”

Zamiq Qədirov – "Təmiz evim"

Pərvanə İsmayılova – “Zag-camping”

Asim Abbasov – “ArtClub Cafe & Hostel”

Yusif Qafarov – “Tarixə səyahət”

 

Qərb bölgəsi

Nurlana Mirzəyeva – “Sabundan möcüzələr”

Vüqar Seyidov – “Bizdən yadigar”

İlahə Məmmədova – “Kvest ekskursiyaları”

Orxan Qurbanov – “Zorbing”

Sona Məhərrəmova – “Xalça motivləri bədii şüşə sənətində”

Nəzrin Bağırova – “Karvan/kampervan kirayə verilməsi”

Fuad Quliyev – “Göygöl Off-road Tour”

Nərmin Seyidova – "Pəncərə" virtual səyahət startapı

 

Cənub bölgəsi

Elsevər Cəlilov – “Turizmin şah əsəri – Xəzər Adaları”

Nemət Əliyev – “Vilesh garden”

Rövşən Həsənov – “Dəniz macərası”

Fuad Əhmədli – “Şəhər stressindən təbiət qoynuna”

Cavid Cəfərli – “Cənub – Şimal macəraları”

Rahiyə Hüseynova – “Kempinq düşərgəsi”


RİTM qazandırır

RİTM-ə qoşulmaqla artıq qazanmısan! İlk 3 yerin sahibi isə həm də ilk investisiyasını alacaq. Qaliblər üçün veriləcək digər üstünlüklər:

10000 ₼

5000 ₼

10000 ₼

2500 ₼

Qaliblər

“PWC Regional Turizm Startap
Akselerasiya proqramı”na

qoşula biləcəklər ki, bu da biznesinizin reallaşması üçün geniş imkanlar açan əvəzsiz fürsət olacaq!

Qalibləri başqa mükafatlar da gözləyir:

  • Sahibkarlar və investorlarla tanışlıq
  • Kütləvi media vasitələrində tanıtım
  • Dövlət tərəfdaşları tərəfindən dəstək

 

  • Beynəlxalq Turizm Təşkilatının startap müsabiqəsinə vəsiqə
  • Digər investisiya proqramlarına buraxılış
  • DTA və ATB-nin qoşulduğu beynəlxalq sərgilərdə iştirak

RİTM proqramının hədəfləri

Regionlarda turizmə investisiya yatırılmasına marağın artırılması və post-pandemiya dövründə regionların inkişafı üzrə görülən işlərdə hökümətə dəstək RİTM-in əsas məqsədidir. RİTM-in hədəflərinə daxildir:

goals 1

Turizm sahibkarları və turizm məhsullarının sayının artırılması

goals 2

Turizm sahəsi üzrə KOB-un inkişafı üçün regional bazanın yaradılması

goals 3

İnnovativ, kiçik turizm məhsulları üzrə bizneslər yaratmaq, həmçinin maliyyələşdirmək üçün investor və İT mühəndislərini cəlb etmək

RİTM-ə qoşulmaq üçün ilk addım

RİTM proqramı 5 prioritet bölgədə keçirilir. Yaşadığın rayonun bu bölgələr sırasında olmasını yoxlamaq üçün xəritəyə baxa bilərsən.

Rayonların tam siyahısı isə burada verilib

Əgər ideyan siyahıdakı rayonlardan ən azı birinə aiddirsə, amma sən prioritet bölgələrdən kənarda yaşayırsansa, RİTM-ə qoşula bilərsən.

Turizm dəhlizi
Təklif olunan turizm dəhlizi
Pin
RITM mərkəzi
RITM hədəf şəhər və rayon
Şimal bölgəsi / “Dağlar və dəniz arasında”
Şimal-qərb bölgəsi / “İpək Yolu boyunca”
Cənub bölgəsi / “Subtropiklərə səyahət”
Qərb bölgəsi və Aran / “Qədim tarix və mədəni irs”
Naxçıvan bölgəsi / “Əfsanələr diyarı, qədim mədəniyyət”
Bakı-Abşeron bölgəsi / “Əbədi alovların sehrində”
Azerbaijan map
Turizm dəhlizi
Təklif olunan turizm dəhlizi
Pin
RITM mərkəzi
RITM hədəf şəhər və rayon
Şimal bölgəsi / “Dağlar və dəniz arasında”
Şimal-qərb bölgəsi / “İpək Yolu boyunca”
Cənub bölgəsi / “Subtropiklərə səyahət”
Qərb bölgəsi və Aran / “Qədim tarix və mədəni irs”
Naxçıvan bölgəsi / “Əfsanələr diyarı, qədim mədəniyyət”
Bakı-Abşeron bölgəsi / “Əbədi alovların sehrində”

RİTM-ə qoşulmaq üçün ikinci addım

Turizm geniş və çoxşaxəli sahədir. Əgər sənin ideyan aşağıda göstərdiyimiz bəndlərdən birinə uyğun gəlirsə, deməli, RİTM-ə qoşula bilərsən:

Kənd turizmi

aqriturizm, ekoturizm və s.

Elektron ticarət

turizm suvenirlərinin satışı üçün tətbiqlər və s.

İnfrastruktur

nəqliyyat, tullantıların idarə olunması və s.

Texnologiya

problemlərin müasir texnologiyaya əsaslananan həlləri və s.

Kulinariya

kafe və restoranlar üçün tətbiqlər və s.

Turizm və qonaqpərvərlik

yerləşdirmə müəssisələri üzrə xidmətlər, sağlamlıq turizmi və s.

Turizm təcrübələri və məhsulları

kempinq rezervasiyası üçün tətbiq və s.

Sosial layihələr

könüllülər üçün tətbiq və s.

İlhamlanmaq üçün İdeya bankına da baş çəkə bilərsən.

Hər iki addımı geridə qoyduq. RİTM-ə qoşulmağın tam zamanıdır! Qarşıda maraqlı və yeniliklərlə zəngin RİTM yolu səni gözləyir.

İdeya Bankı

RİTM yolu

RİTM yolu aşağıdakı əsas komponentlərdən ibarətdir:

1. İLKİN SEÇİM MƏRHƏLƏSİ

1. İlkin seçim mərhələsi

Mütəxəssislər heyəti ən maraqlı və gerçəkləşdirilə bilən ideyaları təyin edərək, regional müsabiqədə iştirak üçün jüriyə təqdim edəcək.

2. REGİONAL MÜSABİQƏ

2. Regional müsabiqə

Hər region üzrə peşəkar jüri təklif olunan ideyalar arasında 3 qalibi təyin edəcək. Bu mərhələdən uğurla keçmək üçün diqqətlə hazırlaşıb, özünə və layihənə əmin şəkildə jüri qarşısında çıxış etmək lazımdır. Seçilmiş layihələr RİTM səyahətinə inkubasiya mərhələsində davam edəcək.

3. İNKUBASİYA MƏRHƏLƏSİ

3. İnkubasiya mərhələsi

Qalib layihələrin daha da təkmilləşdirilməsi üçün iştirakçılar turizm, biznes və marketinq sahələri üzrə təlim kursları və seminarlarda iştirak edəcək, peşəkar mentorların dəstəyindən yararlanacaq və sertifikat əldə edə biləcəklər. Mərhələnin sonunda konsepsiyalar mütəxəssislərimizə təqdim olunacaq və hər bölgədən ən güclü ideyanın sahibi növbəti mərhələyə seçiləcək.

4. MİLLİ FİNAL

4. Milli final

Son və ən həyəcanlı mərhələ! Bakıda keçiriləcək Milli finalda hər region üzrə yalnız bir ideya mübarizə aparacaq. RİTM proqramı final mərhələsinə yüksəlmiş layihələri daha da təkmilləşdirmək və biznes konsepsiyasının inkişafı imkanlarını müəyyənləşdirmək üçün sonra da dəstəkləyəcək.