Rəqəmsal RİTM proqramı

Rəqəmsal RİTM proqramı

Əgər sizin fərqli və rəqəmsal ideyanız varsa, rəqəmsal RİTM proqramı sizin üçündür!

Rəqəmsal RİTM proqramının əsas məqsədi yerli sahibkarların öz məhsullarını, marka və identifikasiyalarını inkişaf etdirmələrinə dəstək olacaq mühiti yaratmaq, həmçinin onları genişləndirə bilmələri üçün investisiya əldə etmələrinə dəstək olmaqdır.

Seçilmiş üç komanda aşağıdakılar da daxil olmaqla 50 000 AZN dəyərinə bərabər qrant qazanacaq:

  • 10 həftəlik mentorluq dəstəyi və seminarlar
  • Qalib gələn komandalar üçün proqram davam etdiyi müddət ərzində müvəqqəti ofis
  • Sənayenin ən vacib tərəfdaşları ilə şəbəkələşmə tədbiri
  • Davamlı yönləndirmə və dəstək

Əgər regional turizmin maraqlarını dəstəkləyən rəqəmsal və innovativ ideyaya sahib kiçik komandanız varsa, yeganə ehtiyacınız peşəkar mentorluq və məhsullarınızı inkişaf etdirə biləcəyiniz mühitdirsə, rəqəmsal RİTM proqramı sizə uyğundur.

Proqrama sahə üzrə mütəxəssislər tərəfindən mentorluq və təlimlər daxildir.

Təlim proqramı:

  • Birinci həftə: Biznes modelinin yaradılması
  • İkinci həftə: Bazar araşdırması, LEAN metodologiyası
  • Üçüncü həftə: Layihənin zaman planlaması
  • Dördüncü həftə: Agile inkişaf metodologiyası
  • Beşinci həftə: Daha yaxşı kodlaşdırma və inkişaf barədə göstərişlər
  • Altıncı həftə: Markalaşma və kommunikasiya
  • Yeddinci həftə: İstifadəçi təcrübəsinin əhəmiyyəti
  • Səkkizinci həftə: Müştəri xidmətləri, CRM
  • Doqquzuncu həftə: İdeyanı necə satmalı (MVP məhsulu)
  • Onuncu həftə: Hüquqi məsləhətlər və şirkət qeydiyyatı
  • On birinci həftə: Ən böyük yerli turizm şəbəkəsi tədbirində son təqdimat

 

İştirak meyarları:

  • Maksimum 5 nəfərdən ibarət komanda: ən az 2 nəfər proqramçı olmalıdır, bundan əlavə marketinq və ya biznes mütəxəssisi və dizayner
  • Regional turizmin maraqlarına cavab verən innovativ ideya

 

Seçim meyarları:

  • Komandanın keçmişi və təcrübəsi – 50%
  • İdeyaya investisiya imkanı (tələb olunan əlavə investisiya məbləği 15 000 AZN-dən çox olmamalıdır) – 40%
  • İdeyanın unikallığı – 10%

 

Rəqəmsal RİTM proqramında iştirak etmək üçün müraciət formasında texnologiya klasterini seçin.

İndi qoşul